MDB PA referendumun nəticələrinə dair yekun sənəd qəbul edib

MDB PA referendumun nəticələrinə dair yekun sənəd qəbul edib

MDB Parlamentlərarası Assambleyası beynəlxalq müşahidəçilər missiyasının üzvləri Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun monitorinqinin nəticələrinə dair görüş keçirib. SİA MDB PA-ya istinadən xəbər verir ki, görüş zamanı iştirakçılar Bakı, Sumqayıt və Abşeron rayonundakı seçki məntəqələrində səsvermənin gedişi üzrə apardıqları müşahidə ilə bağlı təəssüratlarını bölüşüblər.

MDB PA-nın rəsmisi Dmitri Qladey müşahidəsinin yekunu üzrə qeydləri təqdim edib, həmçinin Moskva və Sankt-Peterburq şəhərlərindəki məntəqələrdə səsvermənin monitorinqi barədə məlumat verib.

Müşavirə iştirakçıları monitorinq nəticələrinə dair yekun sənədi müzakirələrdən sonra qəbul ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə