Ölkə üzrə seçici fəallığı 53,8 faiz təşkil edib Saat 15:00-a olan məlumat

Ölkə üzrə seçici fəallığı 53,8 faiz təşkil edib Saat 15:00-a olan məlumat
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi ümumxalq səsverməsinin (referendumun) saat 15:00-a olan nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, saat 15:00-dək seçicilərin 2833064 nəfəri səsvermədə iştirak edib.

Onun sözlərinə görə, saat 15:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 53,8 faiz təşkil edib: "Respublika üzrə 125 seçki dairəsi mövcuddur və 5627 seçki məntəqəsi var. Seçicilərin sayı 5267111-dir".

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня