Bu gün Azərbaycanda ümumxalq səsverməsi- Referendum seçkilərinə start verilib. SİA-nın xəbərinə görə, artıq seçki məntəqələri bu dəqiqədən etibarən seçiciləri qəbul etməyə başlayıb. MSK sədrinin ötən gün verdiyi açıqlamada bütün seçki məntəqələrinin seçkilərə tam hazır olduğu bildirilir.
Səsvermələr 125 seçki dairə üzrə 5627 seçki məntəqəsində keçiriləcək. Ölkə hüdudlarından kənar isə 38 məntəqə fəaliyyət göstərəcək.
Qeyd edək ki, seçkini izləmək üçün 16 ölkənin mətbuat nümayəndəsi ölkəmizə gəlib. Referendumu izləmək üçün bu günə qədər 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Bunlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir.
Referendumu həmçinin 53 min 531 yerli müşahidəçi izləyəcək. Onlardan 1097 nəfəri MSK-da qeydiyyatdan, yerdə qalan 52 min 434 nəfər isə dairə seçki komissiyalarına müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB