Nəsimi rayonu ərazisində seçicilərə broşürlər paylanılıb

Nəsimi rayonu ərazisində seçicilərə broşürlər paylanılıb

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Nəsimi rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonu ərazisində seçicilərə broşürlər paylayıb.

Prosesə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının gənc fəalları cəlb olunub. 26 sentyabrda keçiriləcək referendumla əlaqədar üzərində "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun "Həmrəy olaq, HƏ deyək!" şüarı yazılmış broşürlər yüzlərlə seçiciyə təqdim olunub.

Qeyd edək ki, broşürlərdə Azərbaycan Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərin əhəmiyyəti vurğulanır və seçicilərə 26 sentyabrda keçiriləcək referendumda aktiv iştirak etmələrinə dair çağırışlar edilir.

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu tərəfindən hazırlanmış broşürlər vətəndaşlar tərəfindən maraqla qarşılanıb və onlar referendumda iştirak edərək əlavə və dəyişikliklərə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə