MSK-a sədri:”Referendumu 34 ölkədən müşahidəçilər izləyəcək”

MSK-a sədri:”Referendumu 34 ölkədən müşahidəçilər izləyəcək”

Azərbaycanda sentyabrın 26-na təyin edilmiş referendum 5627 seçki məntəqəsi üzrə keçiriləcək. SİA-nın məlumatıma görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

O bildirib ki, seçki prosesini izləmək üçün 53 min 300 yerli müşahidəçi qeydiyyata alınıb ki, bu da hər məntəqəyə təxminən 9 müşahidəçinin düşməsi deməkdir. Müşahidəçilərin 1097-si MSK-da, qalanları isə Dairə Seçki Komissiyalarında qeydiyyatdan keçib.

M.Pənahov əlavə edib ki, referendumla bağlı 34 ölkəni təmsil edən 90 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Onların arasında Fransa, Böyük Britaniya Avstriya, Avstraliya, İtaliya, Belçika, Türkiyə və başqa ölkələrdən olan müşahidəçilər var. Ən böyük müşahidəçi qrupu Rusiyadan olacaq ki, onların da sayı 17 nəfər təşkil edir. Bundan əlavə, seçki prosesini izləmək üçün 10 xarici KİV qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə