Gənclər dəyişiklikləri dəstəkləyir FOTOLAR

Gənclər dəyişiklikləri dəstəkləyir FOTOLAR

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Goranboy rayon şöbəsi rayonun ilk dəfə səsverəcək gəncləri ilə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşdə il çıxış edən Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Elçin İsmayılov gənclərlə Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər haqqında məlumat verib.

O bildirib ki, ölkəmizdə gənclərlə göstərilən diqqət Referndum Aktında da öz əksini tapıb: "Milli Məclisə üzv seçilməklə bağlı yaş həddinin aşağı salınması Azərbaycanda gənclərlə verilən önəmin bariz nümunəsidir. Bu baxımdan gənclər bu dəyişiklikləri qiymətləndirərək, öz gələcək inkişafına səs verməlidir. Hər kəsi Referendum Aktına səs verməyə dəvət edirəm".

Daha sonra çıxış edən YAP Goranboy rayon Gənclər Birliyin sədri Həsən Şirinov söyləyib ki, Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən ilk dəfə olaraq 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsilə konstitusiyasını qəbul edib: "5 bölmə ,12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyamıza iki dəfə referendum yolu ilə dəyişikliklər edilib. Birinci dəfə 24 avqust 2002-ci ildə 22 maddəsinə 31, ikinci dəfə isə 18 mart 2009-cu ildə 9 maddəsinə 41 əlavə və dəyişikliklər edilib. Edilən əlavə və dəyişikliklər hər dəfə ölkənin siyasi sisteminin möhkəmlənməsinə, insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına şərait yaradıb. Beləliklə, Prezident İlham Əliyevin sərəncamı ilə 26 sentyabr 2016-cı il referendum elan edildi. Təklif olunan budəfəki layihə Konstitusiyanın 29 maddəsinə düzəliş və əlavə təklif olunur. Referendum Aktında Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklikedilməsi eyni zamanda 6 maddənin əlavə edilməsi nəzərdə tutulur. Təklif olunan 23 dəyişikliyin 16-sı, yəni dörddə üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Referendum Aktında yer alan müddəalar həm ölkəmizin həm də xalqımızın gələcək inkişafına istiqamətlənib. bütün gəncləri Refrendum Aktına "Hə" deməyə çağırıram".

Tədbirdə çıxış edən Mehdi Səfərov, Tural Cabbarov, Əzanə Qarayeva, Şadman Dəmirov, Firuz Dosiyev və digər gənclər təklif olunan əlavə və dəyişiklikləri dəstəklədiklərini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə