“Yeni Azərbaycan” təşviqat qrupu Şəmkirdə seçicilərlə görüş keçirib FOTOLAR
15 sentyabr 2016-cı il tarixində "Yeni Azərbaycan" təşviqat qrupunun Şəmkir rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkir şəhərində seçicilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə"Yeni Azərbaycan" təşviqat qrupunun Şəmkir rayon şöbəsinin həmçinin eyni zamanda Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Milli Məclisin deputatı Sona Əliyeva, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü " İki sahil " qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Yeni Azərbaycan" təşviqat qrupunun Şəmkir rayon şöbəsinin üzvləri və YAP fəalları iştirak etdilər.
Görüşü giriş sözü ilə açan "Yeni Azərbaycan" təşviqat qrupunun Şəmkir rayon şöbəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Referendum Aktı haqqında məlumat verib. Diqqətə çatdırıb ki, "Yeni Azərbaycan" təşviqat qrupunun Şəmkir rayon şöbəsi bu prosesdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. F.Vəliyev əmin olduğunu bildirib ki, seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya islahatlarını dəstəkləyir, Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi müsbət qarşılanır: "Yeni çağırışlar və reallıqlar Konstitusiya islahatlarının həyata keçirilməsini zəruri edir və hesab edirəm ki, 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi (referendum) bu baxımdan müstəsna əhəmiyyət daşıyır".
Millət Vəkili Sona Əliyeva bildirib ki, Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin-referendumun keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır: "Heç kimə sirr deyil ki, ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların əsasında ölkə vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Konstitusiya dəyişiklikləri də inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir. Ona görə də seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər". Çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Konstitusiya islahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: "Referendum Aktı layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu əlavə və dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq". "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi əlavə edib ki, qarşıdakı hədəflərə çatmaq üçün Konstitusiya islahatları zəruridir: "Bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq. Bu, sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən idarəetmədə kompleks islahatları özündə ehtiva edir. Bütövlükdə isə, təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək. Müstəqillik tariximizdəki sayca üçüncü referendum demokratik inkişaf baxımından da müstəsna əhəmiyyət kəsb edəcək, milli gücün artmasında, hüquqi dövlət quruculuğu prosesinin intensiv xarakter almasında xüsusi rol oynayacaq".
"Referendum Aktı layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər sırasında insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, bank-maliyyə sisteminin idarə olunması və digərləri də yer alır. Bu isə islahatların məhz dövlətçilik maraqlarına və xalqın mənafeyinə xidmət etdiyini göstərir". Çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun Şəmkir rayon şöbəsinin üzvü, Şəmkir rayon Böyük Vətən Müharibəsi Əlilləri, Veteranları, Əmək və Hərbi Veteranlar təşkilatı Şurasının sədri Qafar Vəliyev isə bildirib ki, Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin-referendumun keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır: "Heç kimə sirr deyil ki, ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların əsasında ölkə vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Konstitusiya dəyişiklikləri də inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir. Ona görə də seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər". Çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun Şəmkir rayon şöbəsinin üzvlərindən Famil Həmidov, Samir Namazov və başqaları diqqətə çatdırdılar ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər Azərbaycan dövlətinin tərəqqisinə xidmət edir: "Əlavə və dəyişikliklərdə insan hüquqlarının müdafiəsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi kimi məsələlər xüsusi yer tutur. Bu, hüquqların daha etibarlı təminatı baxımından önəmlidir. Konstitusiya islahatları həm də ölkəmizin demokratik inkişafına xidmət edir".
Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB