Məscidlərdə bayram namazı qılınıb

Məscidlərdə bayram namazı qılınıb

Qurban bayramı münasibətilə Azərbaycanın məscidlərində bu gün səhər saatlarında bayram namazı qılınıb. SİA-nın məlumatına görə, Bakıda bayram namazı Əjdərbəy məscidində 08:00-da, Təzəpir məscidində isə 09:00-da baş tutub.

Təzəpir məscidində bayram namazı axund Hacı Mircəfər və Hacı İrşadın imam-camaatlığı ilə qılınıb.

Xatırladaq ki, sentyabrın 12-də və 13-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə