Bu gün Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının qərargahında ilk dəfə səs verən gənclərlə görüş keçirib. SİA-nın xəbərinə görə, iclası giriş sözü ilə Yeni Azərbayan Partiyası Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açaraq Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş referendum haqqında danışıb.
Onun sözlərinə görə, Konstitusiyaya təklif edilən əlavə və dəyişiklər həm dövlətimizin, həm dövlətçiliyimizin inkişafına, həm də xalqımızın rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynayacaq: "Biz Referendum Aktına səs verməklə gələcəyimizi dəyişə bilərik. Buna görə bütün seçiciləri səsvermə günü aktiv olub, Referendum Aktına "hə" deməyə çağırıram".
Daha sonra çıxış edən millət vəkili Tahir Süleymanov Azərbaycan Konstitusiyasına təklif olunan əlavə dəyişikliklər haqqında geniş məlumat verib. Onun sözlərinə görə, konstitusiyaya ediləcək əlavə və dəyişiklərlə bağlı referendumun keçirilməsi təşəbbüsü dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir: "Son illər ərzində ölkəmizdə bütün sahələrdə dinamik inkişafın müşahidə olunur və bu səbəbdən qanunvericilik bazasının təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər böyük siyasi əhəmiyyətə malikdir. Bu təşəbbüsün Azərbaycanın növbəti uğurlarına hədəflənib. Cəmiyyət inkişaf etdikcə konstitusiyada əlavə və dəyişikliklər etmək zərurəti yaranır. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər 29 maddəni əhatə edir. Bunlardan 23-ü müvafiq maddələrin dəyişiklikləri, 6-sı isə yeni əlavələri nəzərdə tutur. Dəyişiklik və əlavələrdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, qanunvericilik və icra hakimiyyətində idarəetmə sisteminin təkmilləşdirilməsi və digər məsələlər öz əksini tapmışdır.Azərbaycan cəmiyyətinin daim inkişaf etdiyini və bu inkişafın nəticəsi olaraq cəmiyyətimizdə daha mütərəqqi və təkmilləşdirilmiş qanunların tətbiq edilməsi zərurətinin yarandığını qeyd etdi. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı referendum aktı layihəsinin yüksək əhəmiyyətini vurğuladı. O. müxtəlif illərdə konstitusiyaya edilən əlavə və dəyişikliklərin xalqımızın dəstəyi ilə qəbul edildiyini və növbəti referendumun da məhz xalqımız tərəfindən yüksək etimadla baş tutacağına əminliyini ifadə edib".
Görüşün sonunda çıxış edən gənclər Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikəri dəstəklədiklərini bildiriblər.
Kəlbəcər rayonu
26 sentyabr 2016-ci ildə keçiriləcək Referendumla əlaqədar "Yeni Azərbaycan" təşviqat qrupunun Kəlbəcər rayon şöbəsi Gəncə şəhəri Yeni qəsəbədə Mədəniyyət sarayında ilk dəfə səs verəcək gənclərlə görüş keçirib.
400 gəncin iştirak etdiyi görüşdə ilk çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov iştirakçılara Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında geniş məlumat verib. O bildirib ki, Konstitusiyada müxtəlif vəzifələrə seçilmək hüququnun məhdudlaşdırılmasına dair hazırda mövcud olan yaş senzinin aradan qaldırılması haqqında referendum aktında nəzərdə tutulan dəyişikliklər çox dəyərli və lazımlı təkliflərdir: "Bu onunla əlaqədardır ki, hazırkı Azərbaycan gəncləri öz intellekt səviyyəsinə, dünyagörüşünə, idarəetmə qabiliyyətinə və digər xüsusiyyətlərinə görə 20-25 il bundan qabaqkı gənclərdən xeyli fərqlənir və üstünlüyü ilə seçilir. Nəzərdə tutulan bu dəyişiklik gənclərin sosial-iqtisadi sahədə olduğu kimi ictimai-siyasi sahədə də daha aktiv iştirakına şərait yaradacaq, demokratiyanın inkişafına təkan verməklə hər bir vətəndaşın öz hüquqlarından tam və geniş istifadə etməsinə imkan verəcəkdir. Yəni seçmək hüququ olan 18 yaşlı gənc həm də seçilmək hüququ əldə edəcək. Biz qətiyyətlə inanırıq ki, Referenduma təklif olunan bütün dəyişikliklər ölkəmizdə insan hüquqları və azadlıqlarının daha mükəmməl qorunmasına, respublikamızın demokratiya və hüquqi dövlət quruculuğu istiqamətində inamla irəliləməsinə, vətəndaşlarımızın, Gənclərimizin həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək".
Sonra təşviqat qrupunun üzvüləri, rayon GB-nin sədri Malik Balayev, Zəhra İbrahimova, Vüsal Qarayev çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin xalqımızın, dövlətçiliyimiz və gəncliyimiz gələcəyi üçün faydalı olacağından bəhs edərək, gəncləri 26 sentyabrda seçki məntəqələrinə gələrək Referendum Aktını dəstəkləməyə çağırıblar.
Çıxış edən seçici gənclər 26 sentyabrda məntəqələrə gələrək Referendum aktındakı dəyişikliklərə "HƏ" deyəcəklərini bildiriblər.
.jpg)
.jpg)

.jpg)
Xaçmaz rayonu
Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Xaçmazda ilk dəfə səs verən gənclərlə görüş keçirib. Görüşdə ilk çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının, "Yeni Azərbaycan" təşəbbüs qrupunun rayon şöbəsinin sədri Nazim Ağayev bildirib ki, Konstitusiyada yaş senzinin aradan qaldırılması məsələsi nəzərdə tutulan dəyişikliklər gənclər üçün mühüm əhəmiyyət kəsb edir: "Təklif olunan əlavə və dəyişikliklərə əsasən, səsvermə hüququ şəxslər seçilmək hüququ qazanacaq. Bu təşəbbüs gənclər üçün çox böyük əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizdə gəncələrə göstərilən diqqətin əsas göstəricilərindəndir. Təklif olunan yeniliklər tək gənclərimizin deyil, ümumilikdə xalqımızın işıqlı gələcəyinə istiqamətlənib. Bu baxımdan hər kəsi səsverməyə çağırıram".
Tədbirdə çıxış edən YAP rayon Gənclər Birliyinin sədr müavini Esmira Babayeva ölkəmizdə gənmclərə diqqəy və qayğıdan söz açıb. O bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərdə gənclərlə bağlı müddəaların yer alması sevindirici haldır: "Biz ölkəmizdə gənclər göstərilən diqqətə görə dövlət başçısına öz təşəkkürümüzü bildiririr. Hörmətli gənclər hər birinizi sentyabrın 26-da Referenduma dəvət edir, dövlətimizin inkişafı naminə səs verməyə çağırıram".
Tədbirin davamında çıxış edən gənclər Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəklədiklərini və səsvermə günü Referendum Aktına "hə" deyəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB