Avetik Çələbyan: “Azərbaycan güc balansını dəyişdirməyə müvəffəq olub” ACI ETİRAF

Avetik Çələbyan: “Azərbaycan güc balansını dəyişdirməyə müvəffəq olub” ACI ETİRAF

Ermənistanın "Arar" fondunun sədri Avetik Çələbyan açıqlamasında deyib ki, son günlər Ermənistan intellegensiyasının "artsaxı" və oradakı hərbi mövqeləri ziyarət etməsi təhlükəsizlik probleminin həll olunması deyil. SİA xəbər verir ki, fond rəhbəri bu fikirlərini 1in.am saytına açıqlamasında deyib. Onun fikrincə, aprel müharibəsi təhlükəsizliklə bağlı bir çox problemləri üzə çıxarıb.

"Azərbaycan 5 il davamlı şəkildə bizdən 4-5 dəfə artıq olaraq müdafiə sahəsini effektli şəkildə maliyyələşdirib və güc balansını dəyişdirməyə müvəffəq nolub"-deyə bildirən Çələbyan həmçinin qeyd edib ki, Ermənistan müdafiəyə çəkilib və Azərbaycan bu müdafiəni yarmaq üçün yollar axtarır: "Aprel ayında biz gördük ki, onlar (Azərbaycan Ordusu-red.) ərazi ilə çox yaxşı şəkildə məlumatlıdırlar və hansı mövqelərin yaxşı ya da zəif müdafiə olunmasını da bilirdilər. Bu baxımdan, itirilmiş mövqelərin geri qayratılması strateji vəzifələri həll etmir. Müharibənin hədəfi mövqeləri zəbt etmək deyil, düşmən üzərində qələbə qazanmaqdır. Biz bunu görmədik".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə