Ermənilər kasset bombalardan istifadə edib

Ermənilər kasset bombalardan istifadə edib

Kasset hərbi sursatlarına qadağa Konvensiyası müasir münaqişələrdə bir sıra qadağan olunmuş silahlardan istifadə hallarını müəyyənləşdirib. SİA xəbər verir ki, bu barədə "The New York Times" qəzeti Yerə döşənən mina və kasset hərbi sursatların Monitorinqi Mərkəzinin (Landmine and Cluster Munition Monitor) məruzəsinə istinadən yazır. Məlumatda həmçinin qeyd olunur ki, dəqiqləşdirilməmiş informasiyalara görə, Dağlıq Qarabağda aprel ayının əvvəllərində baş vermiş qısamüddətli müharibə zamanı kasset bombalarından istifadə olunub. "Hər iki tərəf bu ittihamları rədd edir", - deyə "The New York Times" "Landmine and Cluster Munition Monitor"un məruzəsini sitat kimi qeyd edib.

Amerika nəşri həmçinin yazır ki, dünyada qadağan olunmuş silahların böyük hissəsi ABŞ və Rusiyada istehsal edilir. Bu ölkələr isə beynəlxalq konvensiyalara qoşulmayıblar.

Xatırladaq ki, aprel müharibəsindən sonra xarici jurnalistlər apardıqları fərdi araşdırmalardan sonra işğal altında olan ərazilərimizdən mövqelərimizə tərəf qadağan olunmuş bombaların atılması barədə qeydlər ediblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə