Ermənilər “bayramı” qorxu altında keçirirlər

Ermənilər “bayramı” qorxu altında keçirirlər

Ermənilər sentyabrın 2-də (bu gün) Qarabağın "müstəqilliyi" ilə bağlı "bayram" tədbilərini maksimal şəkildə ehtiyatla keçirəcəklər. SİA xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır. Erməni nəşri qeyd edir ki, bu kimi qərarın verilməsinə səbəb aprel ayında bölgədə baş vermiş dördgünlük müharibə və nəticədə 300-dən artıq əsgərin ölümü olub.

"Əgər ötən illərdə Ermənistandan tədbirlərə böyük dövlət nümayəndələrindən ibarət heyətlər gəlirdisə, indi bu heyətlərin tərkibi parlamentdə təmsil olunan fraksiya nümayəndələri ilə əvəzlənəcək"-deyə erməni nəşri yazır.

"Hraparak" həmçinin yazır ki, hətta Ermənistan parlamentinin sədri də "Artsaxa" səfər etməyəcək: "Serj Sarkisyan isə orada çox az müddətdə olacaq".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə