Təranə Kərimova: "Əli Kərimlinin xəyanətkar obrazı hər kəsə məlumdur"

Təranə Kərimova: "Əli Kərimlinin xəyanətkar obrazı hər kəsə məlumdur"

"Ölkəmizin daha güclü tərəqqisinə təkan verəcək Referendum Aktı layihəsi xalqımız tərəfindən alqışlanır, çünki dünyanı bürüyən siyasi və iqtisadi böhrandan yalnız inkişaf yolu ilə çıxmaq olar. Mən təəssüf edirəm ki, özlərini müxalifət lideri adlandıran bəzi siyasətbazlar hələ də öz ucuz təfəkkürlərinə əsaslanaraq, meydan siyasəti ilə məşğul olurlar". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Qadınlar şurasının sədri Təranə Kərimova AXCP sədri Əli Kərimlinin xalqı itaətsizliyə çağırmasına münasibətini bildirərkən deyib.

YAP təmsilçisi bildirib ki, əslində, Əli Kərimlinin xəyanətkar və anti-azərbaycançılıq obrazı hər kəsə məlumdur: "Belə ki, Azərbaycan dövləti ölkəmizin güclənməsinə səbəb olacaq istənilən uğurlu addıma gedərkən, AXCP sədri və onun əlaltıları dərhal ortaya çıxıb səs-küy qaldırır, bu vasitə ilə xarici ağalarının qarşısında xal toplamağa çalışırlar. Görünür bu səbəbdəndir ki, son vaxtlar xarici səfirliklərin qapılarına getməkdən ayaqları döyənək olan Əli Kərimli indi bunun əvəzini xalqdan, dövlətdən çıxmağa çalışır."

Təranə Kərimova eyni zamanda bildirib ki, Əli Kərimli hər zaman - istər seçkilər ərəfəsində, istərsə də ölkəmiz üçün digər əhəmiyyətli zamanlarda şər qüvvə qiümində çıxış edərək, bunu öz dili ilə etiraf edib. "Bu adam öz dili ilə etiraf etmişdi ki, hakimiyyətə yiyələnməkdən ötrü hətta şeytanla olsa belə iş birliyinə gedər"-deyə xatırladan YAP təmsilçisi eyni zamanda qeyd edib ki, bu gün onun təlimatlarını da məhz Azərbaycan əleyhinə işləyən qaranlıq xarici dairələr verirlər: "Ümumiyyətlə, biz daim bu halı müşahidə etmişik. Ona görə də ortada təəccüblü nə isə axtarmağa da ehtiyac qalmır. Əli Kərimli vaxtilə lideri Əbülfəz Elçibəyə xəyanət etmiş bir şəxsdir və ondan istənilən amilə və kəslərə qarşı, eləcə də dövlət maraqlarına qarşı xəyanət etməyini gözləməyə dəyər".

Təranə Kərimova daha bir xatırlatma edərək deyib ki, əslində Əli Kərimlinin "FETÖ" lideri Fətullah Gülənlə iş birliyinə gedib Türkiyədəki ssenarilərin Azərbaycanda da reallaşdırılmasına cəhd etməsi də onun barəsində olan təəssüratları, təsəvvürləri tam çılpaqlığı ilə ortaya qoymuş olur: "Baxın, bu yaxınlarda ABŞ-da yaşayan Fətulla Gülən Türkiyə dövlətinin ən çətin anlarında yanında olan Azərbaycan hakimiyyətinə qarşı iç üzünü sərgilədi. İddia etdi ki, o, ona qaşrı çıxan hər kəsi Xəzər dənizinə töküb məhv edər. Bax, budur Fətullah Gülən. Bu gün ona xidmət edən Əli Kərilmidən başqa nə gözləmək olar? AXCP sədri fag bir, gah da digər xarici səfirliklərin qarşısına gedib təlimatlar almaqdansa, bugünə qədər buraxdığı səhvlərini etiraf etməlidir. Mitinqlərinə gələn 300-500 nəfərin deyil, xalq qarşısına çıxıb üzr isməlidir, günahlarını qəbul etməlidir. Ancaq bütün bunların yerinə daha aqressiv dillə hədəyanlı fikirlər səslənədirir. Görünür onu danışdıran xarici ağalarından aldığı növbəti qarantlardır".

YAP Səbail rayon Qadınlar şurasının sədri son olaraq bildirib ki, artıq radikalizm, dağıdıcılıq siyasəti heç vaxt Azərbaycanda ayaq açıb yürüyə bilməz çünki ölkəmizdə xalq-dövlət vəhdəti mövcuddur: "Bu gün Azərbaycan xalqının Prezidenti cənab İlham Əliyev yalnız və yalnız dövlətin güclənməsi və xalqının daha firavan yaşaması üçün əlindən gələni əsirgəmir. O, yorulmadan, gecə-gündüz xalqını, dövlətinin gələcəyini düşünür, bunun üçün yorulmaz fəaliyyət göstərir. Əlbəttə ki, xalqımız da bunu bilir və hər zaman öz Prezidentinin ətrafında dayandığını sərgiləyir. Referendum Aktının qəbulu da məhz bu kimi faktorlara söykənir. Hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, Əli Kərimli kimi bitmiş siyasətbazların sonu çatıb və gec-tez belələri dövlət, qanun, xalq qarşısında cavab verməli olacaqlar. Onların və havadarlarının qaranlıq planları isə daim məhvə düçar olacaq. Buna hər kəs əmin olmalıdır".

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə