Nalbandyan Almaniyaya gedir

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Almaniyaya səfər edəcək. SİA "news.am"a istinadən xəbər verir ki, Nalbandyan ATƏT xarici işlər nazirlərinin 31 avqust 2 sentyabr tarixlərində keçiriləcək qeyri-rəsmi görüşündə iştirak edəcək.

O, həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin 2-3 sentyabr tarixli görüşünə də qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə