Erməni baş redaktor: “Qarabağda mavi yanacağın qiyməti Ermənistandan iki dəfə bahadır”

Erməni baş redaktor: “Qarabağda mavi yanacağın qiyməti Ermənistandan iki dəfə bahadır”

"Dağlıq Qarabağda "konstitusiya dəyişiklikləri" sünidir və "artsax"ın daha ciddi problemləri var". SİA xəbər verir ki, bu barədə "Analitikon" jurnalının baş redaktoru Geqam Baqdasaryan "Dağlıq Qarabağda "konstitusiya dəyişiklikləri" – problemlər və perspektivlər" mövzusunda qatıldığı müzakirələrdə deyib.

Erməni baş redaktorun sözlərinə görə, Qarabağda "konstitusiya dəyişiklikləri" burada yaşanan problemlərin həlli üçün açar rolu oynamır.

"Qarabağın daha böyük çağırışları var" -deyə qeyd edən Baqdasaryan mövcud problemləri qabardıb: "Biz təhlükəsizlikdən danışır, daimi olaraq silahlanma məsələsinə toxunuruq. Lakin ən böyük təhlükəsizlik qarantiyası "torpağında" yaşayan insanın özüdür. Qarabağda mavi yanacağın qiyməti Ermənistandan iki dəfə bahadır. Bütün sahələrdə inhisarlar mövcuddur. Qarabağda yalnız bir telekanal var. O cümlədən, hər bir sahədə prüalizmlə bağlı problemlər yaşanır"-deyə erməni baş redaktor həyacanlı şəkildə vurğulayıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə