Dilarə Cəbrayılova: "O, hər bir xanıma örnək olan Birinci xanımdır"

Dilarə Cəbrayılova: "O, hər bir xanıma örnək olan Birinci xanımdır"

"Mehriban xanım Əliyevanın fəaliyyəti hər bir azərbaycanlı xanıma örnək olan Birinci xanımdır. Mehriban xanım Əliyeva bu gün Azərbaycan mədəniyyətinin fədakar elçisidir, xalqımızı, mədəniyyətimizi dünyada layiqli şəkildə tanıdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Dilarə Cəbrayılova Azərbaycanın "Fisrt Lady"si (Birinci Xanımı), millət vəkili, Azərbaycan-Fransa Parlamentlərarası Dostluq Qrupunun başçısı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, fəlsəfə elmləri doktoru, millət vəkili Mehriban xanım Əliyevanın ad günü ilə bağlı açıqlamasında bildirib.

"O bu gün Qarabağ həqiqətlərinin yorulmaz təbliğatçısıdır və yüzlərlə gənc xanım, ziyalı da ondan örnək alır. Eyni zamanda, Mehriban xanım gözəl bir ailə örnəyidir hər kəsə", - deyən D.Cəbrayılova onu da vurğulayıb ki, Mehriban xanım Əliyeva hər zaman cənab Prezidentin yanında olaraq ölkəmizin inkişafı üçün əlindən gələni edir: "Biz Mehriban Əliyevanın xidmətlərini göz önündə canlandıranda görürük ki, o bu gün təkcə Azərbaycan üçün deyil, Türk Dünyası, Müsəlman Dünyası və ümumiyyətlə, Dünyamız və insanlıq üçün Türk və Müsəlman Dünyasının şəriksiz qadın lideridir! O, ağlı, həyat tərzi və fəaliyyəti ilə nəinki ölkəsində, eləcə də Avropada, Qərbdə və təbii ki, Şərqdə böyük nüfuz qazanıb. Bəzi dünya mətbu orqanları bir çox birinci xanımları onunla müqayisə edir və üstünlüyü Mehriban Əliyevaya verirlər. Çünki o, təkcə gözəlliyi, zövqü və Prezidentin həyat yoldaşı olması ilə deyil, səmərəli və humanist fəaliyyəti ilə də dünyada artıq geniş şöhrət sahibidir. Xarici səfərlər zamanı onun Azərbaycan haqqında nə qədər yüksək fikir formalaşdırdığının dəfələrlə şahidi olmuşuq.

Mən də bu gün bu sevinc hisslərinə qoşulur, böyük ürəkli, hər bir azərbaycanlı xanıma örnək olan Mehriban xanımı doğum günü münasibətilə ürəkdən təbrik edirəm!"

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə