Mehriban Abasquliyeva: "Mehriban Əliyeva dünyanın lider xanımları arasında seçilən bir xanımdır"
"Bu gün Mehriban xanım Əliyeva dünyanın lider xanımları arasında öz yeri və sözü olan bir xanımdır. O, bunları gözəl düşüncə, gözəl fikir, gözəl əməlləri ilə qazanıb". Bu sözləri YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın doğum günü ilə bağlı SİA-ya verdiyi açıqlamasında bildirib.

M.Abasquliyeva onu da vurğulayıb ki, hələ 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb: "Ümumiyyətlə, o, gördüyü işlərə görə YUNESKO-nun ən fəal xoşməramlı səfirləri sırasındadır. Onun fəaliyyəti nəticəsində YUNESKO-nun qərargahında Azərbaycanın böyük şəxsiyyətlərinin yubileyləri qeyd olunur, Azərbaycan mədəniyyətini təbliğ edən çoxsaylı tədbirlər keçirilir. YUNESKO-nun baş katibinin iştirakı ilə Azərbaycan Respublikası ilə təşkilat arasında təhsil sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Bakıda YUNESKO ilə birlikdə təhsil sahəsində beynəlxalq konfrans keçirilib. Habelə Bakıda möhtəşəm Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Azərbaycanın ecazkar milli musiqisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gələn muğam ifaçılarının iştirakı ilə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib. Muğamın daha geniş təbliği nəticəsində dünya bu böyük musiqi ilə daha yaxından tanış olmaq imkanı qazanıb. Azərbaycanın qədim musiqisi olan əsrarəngiz muğam YUNESKO-nun qeyri-maddi irs siyahısına salınıb. Bunlar çox ciddi çalışmaların bəhrəsidir və tarixi mahiyyət daşıyır. Azərbaycan qadınını dünyanın hər yerində ən yüksək səviyyədə təmsil edən Mehriban xanımı hər zaman qürurla izləmişəm. Dünyanın hər yerində onun haqqında xoş sözlər eşidəndə qürur hissi keçirirəm ki, bizim belə Birinci Xanımımız var. Çünki dünyada sadəcə Birinci Xanım olduğu üçün tanınanlardan deyil, daha çox öz əməlləri ilə tanınan bir lider xanımdır.
Bu gün Onun doğum günüdür və mən Mehriban xanımı hər bir azərbaycanlı kimi ürəkdən təbrik edir, Allahdan ona can sağlığı diləyirəm".
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB