Aleksandr Duqin: “Ermənistandan heç nə qalmaya bilər” PROQNOZ

Aleksandr Duqin: “Ermənistandan heç nə qalmaya bilər” PROQNOZ

"Ermənistan iqtisadiyyatı Rusiya ilə müqayisədə çox zəifdir və heç bir əhəmiyyət daşımır, o cümədən, Rusiya iqtisadiyyatından asılıdır". SİA-nın məlumatına görə, bu fikirləri Rusiyanın tanınmış politoloqu Aleksandr Duqin Serj Sarkisyanın son zamanlar Qərbə doğru siyasi addımlar atması ilə bağlı Ermənistanın birinci kanalına müsahibəsində deyib.

Politoloq bildirib ki, Rusiyanın ağırlıq təşkil etdiyi Avrasiya İttifaqı hazırda Nuh peyğəmbərin gəmisini xatırladır və bu gəmini tərk etmək istəyən mütləq zərərə uğrayacaq: "Rusiyanın özünün də iqtisadiyyatı o qədər nəhəng deyil, ancaq bizdə başqa üstünlüklər - nüvə silahı, təbii resurslar, böyük ərazilər və s. mühüm faktorlar var. Lakin maliyyə baxımlndan bunlar o qədər də önəmli deyil".

Duqini sözlərinə görə, əgər Rusiya mövcud böhrandan çıxa bilməyi bacarsa, Ermənistan da bunu bacarar. O, qeyd edir ki, sözügedən istiqamətdəki proses elə də asan deyil: "Və əgər Rusiya üçün bu cür çətin situasiyada Ermənistan Qərbdən dəstək qazanmağa can atarsa, bu situasiya partlaya bilər və nəticədə Ermənistanda heç nə qalmaz. Ermənistan Qərbə lazım deyil. Qərb isə yeganə bir şey əldə edə bilər ki, bu da Qarabağ münaqişəsində nəzarəti saxlamaq və geosiyasi rəqibi olan Rusiyaya zərbə vurmaqdır. Ermənistan belə bir vəziyyətdə Rusiyadan möhkəm yapışmalı və sakit halda maliyyə-iqtisadi situasiyanı izləməlidir".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə