“Vitse-prezidentlik institutu daha çevik idarəçiliyə xidmət edəcək” RƏY

“Vitse-prezidentlik institutu daha çevik idarəçiliyə xidmət edəcək” RƏY

"Azərbaycan Prezidenti həm ölkə daxilində, həm xarici dövlətlərdə keçirilən çoxsaylı tədbirlərdə iştirak edir, rayonlara səfərlər edir. Hətta bəzən biz düşünürük ki, dövlət başçısı bu qədər işləri necə çatdırır". Bunu SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, vitse-prezidentlik institunun yaradılmasından sonra artıq birbaşa rəhbərlik Prezidentin əlində olmaqla, iş yükünün azaldılmasına gətirib çıxaracaq: "Bu, daha mobil və çevik dövlət idarəçilyinin həyata keçirilməsinə xidmət edəcək. Vitse-prezidentlik institunun yaradılması çox normaldır. Dünya təcrübəsində bu var. Zaman göstərəcək ki, vitse-prezidentlik institunun Azərbaycanda tətbiqi həm ölkənin daxili, həm də xarici siyasətində daha çevik, daha operativ işlərin görülməsində dövlət başçısına dəstək olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə