Rusiya prezidenti Vladimir Putin Qaziantep şəhərində törədilən terror aktı ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana başsağlığı verib.
SİA Kremlin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, V. Putin qeyd edib ki, bu hadisə növbəti dəfə beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini birləşdirməyin vacib olduğunu ortaya çıxarıb.
Putin Türkiyə ilə terrorizmə qarşı mübarizədə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını vurğulayıb. Rusliya lideri terror aktı nəticəsində ölənlərin doğmalarına və yaxınlarına başsağlığı verib.
Xatırladaq ki, Qaziantepdə törədilən terror nəticəsində 50 nəfər ölüb, 100-ə yaxın şəxs yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB