Müxalifətçi: “Biz iki müxtəlif Ermənistanda yaşayırıq” ETİRAZ

Müxalifətçi: “Biz iki müxtəlif Ermənistanda yaşayırıq” ETİRAZ

"Bizim komanda hökumətə qarşı istənilən vətəndaş itaətsiziliyini dəstəkləyir". SİA xəbər verir ki, bu fikirləri Ermənistanın müxalifətçi "Ayazn" partiyasının idarə heyətinin üzvü Armen Mkrtçyan prezident Serj Sarkisyanın istefası və "Sasna Srer" üzvləriin azadlığa buraxılması tələbi ilə siyasi fəal Şaqen Arutunyanın keçirdiyi aclıq aksiyasıa münasibətini bildirərkən deyib.

Aksiyanın keçirildiyi "Azadlıq" meydanına gedən müxalifətçi partiya funksioeri bildirib ki, ümumiyyətlə, Ermənistanda baş verən itaətsizliklərin hər biri haqlı tələblər üzərində qurulub və "Sasna Srer" qığılcımı ötən illərdə baş ərzində hakimiyyətin törətdiyi cinayətlərə cavab idi.

"Biz hazırda iki müxtəlif Ermənistanda yaşayırıq: onların birində hakim respublikaçılar, digərində isə bizik"-deyə qeyd edən Mkrtçyan qeyd edib ki, ölkədə bir çox şey dəyişilib, acaq hakim respublikaçılar partiyasında heç nə dəyişilməyib, əksinə, repressiyalar və siyasi təqiblər artmağa başlayıb"

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə