Ekspert: “Ermənistan durumunu nəzərə alıb konstruktiv mövqeyə gələcək” AÇIQLAMA
"Əgər biz uzaq və yaxın tarixə nəzərə salsaq deyə bilmərik ki, Ermənistan prezidenti Serj Sarkisyanın və ondan öncəki prezidentlərin mövqeləri çox konstruktiv səpkidə olub. Yəni biz Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyini hər zaman gözləyə bilərik. Amma biz buna baxmayaraq Azərbaycan Prezidenti İlham Əliyev öz səylərini davam etdirib və ölkəmizin konstruktiv mövqeyini həmişə ortaya qoyub". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Ekspertin sözlərinə görə, bundan başqa nəinki konstruktiv mövqenin ortaya qoyulması, eləcə də Azərbaycan tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təcrübi addımlar da atılıb: "Yəni bir tərəfdən dövlətimiz öz hərbi, iqtisadi qüdrətini, digər tərəfdən isə danışıqlara hazır olduğunu göstərir. Son zərurət yarandıqda isə hərbi yolla münaqişənin həllinə üstünlük verəcəyini bəyan edib. Bu gün Ermənistanın durumu çox ağırdır. Yəqin ki bunu nəzərə alıb daha konstruktiv mövqeyə üstünlük verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB