Oruc Zalov: "Pozucu qüvvələr seçkilər ərəfəsində fəallaşırlar"

Oruc Zalov: "Pozucu qüvvələr seçkilər ərəfəsində fəallaşırlar"

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) tərəfindən xüsusi qrup yaradalacaq ki, onlar 26 sentyabr Referendum seçkiləri ərəfəsində asayişin keçiyində dayanacaq". SİA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən seminar-müşavirənin açlılışında "Referenfum prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri" mövzusunda çıxışı zamanı daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

Nazir müavinin sözlərinə görə, heç şübhəsiz ki, həmişə olduğu kimi bu gün də Azərbaycanda pozucu qüvvələr mövcuddur: "Onlar xüsusi olaraq bu seçkilər ərəfəsində fəallaşırlar. Biz də DİN olaraq bu kimi pozucu qüvvələrə qarşı mübarizə aparacayıq. Çalışacayıq ki, ölkəmizdə bu kimi neqativ hallar yaşanmasın. Bu gün DİN ölkəmizdə uğurlu fəaliyyəti ilə seçilir. Pozucu qüvvələrin, cinayətkarların axtarıb tapılmasda təmsil etdiyim qurum səmərəli fəaliyyət göstərir. İnanırıq ki, 26 sentyabrda keçiriləcək Referendum da digər seçkilər kimi uğurlu baş tutacaq. Məhz buna görə də MSK işinə uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə