Sədr müavini: “Azərbaycanda əsl tolerantlıq hökm sürür” MÜNASİBƏT

Sədr müavini: “Azərbaycanda əsl tolerantlıq hökm sürür” MÜNASİBƏT

"ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini vəziyyətlə bağlı hesabatında Azərbaycanda dini icmaların sıxışdırıldığı ilə bağlı məsələ heç bir həqiqətə söykənmir. Əksinə qərəz və böhtan xarakter daşıyır". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Sədr müavinin sözlərinə görə, ABŞ bu cür hesabatları ilə dünya ölkələrinə təzyiq yolunu seçir: "Son günlər Azərbaycanın qonşu Rusiya ilə münasibətlərinin daha da dərinləşməsi istiqamətində apardığı siyasət ABŞ-ı ciddi şəkildə narahat edir. Məncə, ABŞ bu amilə görə Azərbaycana təzyiq yolunu seçib. Sual olunur. Bütün Qərb və Avropa da islamafobiyanı yayan və ona maddi və mənəvi dəstək verən Qərb bu gün Azərbaycanda hansı əsasla İslamın sıxışdırıldığını deyir? Hər kəs açıq şəkildə görür ki, bu gün Azərbaycanda əsl tolerantlıq hökm sürür, nəinki dinlər arası, hətta təriqətlər arasına normal münasibətlər höküm sürür. Hər cümə namazında inaclı insanların birgə namaz qılmaqlarının şahidi oluruq.

Nardarana gəldikdə isə, ABŞ çox yaxşı bilir ki, Nardaranda bir qrup əlalınmış şəxslər İran molla rejiminin təsirində olan insanlar idi və bu gün də həmin insanlar törətdikləri əmələ görə qanun qarşısında cavab verirlər. Görün vəziyyət nə yerə gəlib çatıb ki, ABŞ İranın agentlərini müdafiə etmək arzusuna düşür. Burada əsas məqsəd Azərbaycana təzyiq etməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə