Fikrət Sadıxov: “Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığı aktivləşəcək” PROQNOZ
"İlk öncə xüsusilə qeyd etmək lazımdır ki, yüksək rütbəli dövlət nümayəndəsinin səfəri əlbəttə ki, Azərbaycan-Rusiya münasibətəri kontekstində əhəmiyyət kəsb edir". SİA xəbər verir ki, Qərb Universitetinin professoru Fikrət Sadıxovun bu fikirlərini Rusiyanın "Sever-Yuq" (Şimal-Cənub-red.) politoloji mərkəzinin rəsmi saytı "Vestnik Kafkaza"ya istinadən yayıb.
Professorun bildirdiyinə görə, artıq bu münasibətlər aşkar xarakter alıb: "Prinsip etibarilə bu səfər ölkələrimiz arasındakı hərbi-texniki əməkdaşlığın nə qədər önəmli olduğunun göstərməklə yanaşı, eyni zamada kifayət qədər dinamikliyini sərgiləyir".
Fikrət Sadıxov həmçinin bildirib ki, bu həm silah satışı, həm kadrların yetişdirilməsi, həm birgə manevrlər və müxtəlif hərbi-texniki layihələrdir: "Mən şübhə etmirəm ki, bu səfər ikitərəfli münasibətlərin gücləndirilməsi çərçivəsində növbəti əhəmiyyətli səhifə olacaq. O cümlədən, şübhə etmirəm ki, Azərbaycan və Rusiya arasındakı hərbi-texniki əməkdaşlıq ikitərəfli münasibətlərin daha aktiv fəaliyyətinə xidmət edəcək".
"Bu reallıq bütün xəzəryanı ölkələrin ümumi razılığı əsnasıda inkişaf edə bilər, söhət beş xəzəryanı ölkədə gedir"-deyə xatırladan professor bildirib ki, hələlik bu ölkələrin buna nə qədər pozitiv münasibət göstərmələrini demək çətindir: "Hər halda regionun təhlükəsizliyi ilə bağlı nə varsa, o cümlədən, dəniz məkanına sahib ola Azərbaycan üçün bu məsələ çox əhəmiyyətlidir. Yeni təşkilatın yaranıb-yaranmamasında asılı olmayaraq, fakt budur ki, əməkdaşlıq davam edir və Xəzər hövzəsində mümkün əməkdaşlığın genişlənməsi gələcəkdə də müzakirə olunacaq".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB