Millət vəkili: “Şoyqunun təcili gəlişi ciddi mətləblərdən xəbər verir” MÜNASİBƏT

Millət vəkili: “Şoyqunun təcili gəlişi ciddi mətləblərdən xəbər verir” MÜNASİBƏT

"Rusiya prezidenti Vladmir Putinin Bakıya səfərindən heç 5 gün ötməmiş Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvaya getdi. Zakir Həsənovun Moskvaya səfərindən cəmisi bir gün sonra isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya gəldi". SİA-nın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev deyib.

Deputatın sözlərinə görə, Şoyqunun bu təcili gəlişi və cənab Prezident İlham Əliyevin onunla görüşməsi ciddi mətləblərdən xəbər verir: "Detallara varmadan deməli olsaq, belə anlaşılır ki, bu intensiv danışıqlar təkcə hərbi-texniki əməkdaşlıq məqsədilə aparılmır".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq səfər zamanı Azərbaycan və Rusiya prezidentlərinin görüşündə əlaqələrimizin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, iki ölkənin dövlət başçılarının görüşü zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasının əlaqələrimizin müxtəlif sahələrini əhatə edən məsələlərin, həmçinin regional təhlükəsizlik məsələlərinin həllinə imkan verəcəyi qeyd olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə