Ölkədə istənilən siyasi proseslər çərçivəsində bir araya gələrək, sonradan məğlub şəkildə geriyə düşən müxalifətin bundan sonrakı təşəbbüsləri də istədikləri nəticəni verməyəcək. Belə ki, bu kimi fikirlərlə çıxış edən məhz müxalif düşərgədə təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur. SİA-ya daxil olan məlumata görə, müxalifətçi partiya sədri bu dəfə də düşərgədə yaranan "canlamanın" müvəqqəti xarakter aldığını deyib və bu dəfə fikirlərini referendumla əlaqələndirib. Onun sözlərinə görə, hazırda müxalifət təmsilçilərinin təşəbbüs qrupları şəklində bir araya gəlmək ideyası ətrafında göstərdikləri səyləri həm səmimiyyətsizlik, həm də boş xülya kimi nəzərə çarpır. Çünki onlar yenə də gecikiblər. SİTAT: "Müxalifətin referendum öncəsi bir araya gəlməsi, əslində zəruri idi. Amma bu imkan və prosedur qaçırılıb".
"Blok yaratmaq, birgə fəaliyyət göstərmək mümkün deyil"
Cəlaloğlu hesab edir ki, müxalifət növbəti dəfə ayrı-ayrılıqda fəaliyyət göstərməklə, zəifliyini isbatlayacaq bu amil isə onlara siyasi baxımdan heç bir səmərə vermir. Çox yəqin ki, ADP sədri bu vasitə ilə təşəbbüs qrupları yaradan partiya və təşkilatları əbəs yerə vaxt sərf etməməyə çağırıb. Onun fikrincə, hətta istənilsə belə, blok yaradıb orada fəaliyyətə başlamaq qeyri-mümkündür: "Artıq blok yaratmaq, birgə fəaliyyət mümkün deyil. Ancaq birgə mövqe ifadə etmək mümkün ola bilər. Bu da, vəziyyətdən asılıdır".
ADP sədri bütün bnları belə əlaqələndirir ki, əslində düşərgədəki partiyaların bir araya gələ bilməmələrinin əsası onların arasında uzun illərdir ki, yaranmış ziddiyyətlərdir.
"Birləşməyək və problem yaratmayaq..."
Burada isə səbəblər obyektivdir: "Müxalifətin bir araya gəldiyi zamanda ciddi bir nəticə əldə edilmir. Yəni müxalifət bir araya gələndə də, gəlməyəndə də nəticə olmur. Müsavat partiyası hər zaman qeyd edir ki, biz birləşəndə də, birləşməyəndə də eyni nailiyyətsizliyi əldə edirik. Üstəlik birləşdikdən sonra uğur olmur, əvəzində partiyalar arasında münasibətlərdə yeni problemlər ortaya çıxır. Yaxşısı odur ki, birləşməyək və problemlər də yaratmayaq. Reallıq bundan ibarətdir".Beləliklə, ADP sədri növbəti dəfə təmsil olunduğu düşərgəyə mesaj yollayıb ki, istər ayrı-ayrılıqda, istərsə də bir yerdə onların işləri alnmayacaq və ən yaxşı halda təşəbbüs qrupları yaradan partiyalar sadəcə görüntü xarakterində ortada görünəcəklər. Bütü bunların isə siyasi müxalifətə heç bir xeyri, səmərəsi olmayacaq. Necə deyərlər, fakt göz qabağındadır...
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB