Zərif Suriya böhranı üzrə üçtərəfli görüşün keçirlməsini təklif edib

Zərif Suriya böhranı üzrə üçtərəfli görüşün keçirlməsini təklif edib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif region ölkələrinin maraqları naminə Suriya böhranının həlli yollarını müzakirə etmək üçün Türkiyə, Rusiya və İranın iştirakı ilə görüşün keçirilməsini təklif edib. SİA xəbər verir ki, bu barədə Rusiya mətbuatı "al-Hayat" a istinadən məlumat yayıb.

Qeyd edək ki, cümə günü Zərif Ankarada səfərdə olub, türkiyəli həmkarı Mövlud Çavuşoğlu, prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırımla görüşüb.

Səfər zamanı siyasi sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, qeyd edilib ki, Ankara və Tehran üçün prioritet olan vahid Suriyanın saxlanılması və separatçı kürd ərazilərinin yaradılmasının qarşısını almaqdır.

Nəşr, həmçinin Ərdoğanın yaxın günlərdə Tehrana səfər edəcəyini də yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə