Elman Məmmədov: “Uorlik və digərlərinin dedikləri boş sözlərdir” AÇIQLAMA

Elman Məmmədov: “Uorlik və digərlərinin dedikləri boş sözlərdir” AÇIQLAMA

"Ümumiyyətlə nə qədər ki Ermənistanın işğalçı qoşunları Azərbaycan ərazisindən çıxarılmayıb, ölkəmizin ərazi bütövlüyü təmin olunmayıb atəşkəs heç zaman susmayacaq. Çünki erməni hərbiçiləri bizim ərazilərimizdədir. Təbii ki, bizim də əsas məqsədimiz ərazilərimizi işğaldan azad etməkdir. Heç şübhəsiz ki, düşmən də buna müqavimət göstərir və vaxtaşırı təxribat törədir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, "tvitter" həvəskarı olan ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik və digərlərinin dedikləri yalnız boş sözlərdir: "Onların söylədikləri ilə deyil ki, hər iki tərəf atəşkəs rejiminə dayanıqlı əməl etməlidirlər. Bunların hər biri nağıldır və boğazdan yuxarı qeyri-səmimi riyakarlıqla deyilmiş sözlərdir. Onların özləri də yaxşı bilirlər ki, bu vəziyyətdə heç zaman atəşkəs olmayacaq. Əgər cinayətkar rejim bu cür davam etsə təbii ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün hərbi güc tətbiq edəcək. Heç şübhəsiz ki, bu da növbəti müharibə deməkdir. Bunun başqa yolu yoxdur. Ya işğalçı dövlət və onun havadarları ağıla gəlib, haqqa-ədalətə gəlib bizim torpaqlardan çıxıb getməlidirlər, ya da Azərbaycanın kifayət qədər hüquqi bazası var ki hərbi güc tətbiq etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə