Ruslar Türkiyə haqqında nə düşünür? RƏQƏMLƏRLƏ

Ruslar Türkiyə haqqında nə düşünür? RƏQƏMLƏRLƏ

Ruslar Türkiyədə cərəyan edən hadisələrə biganə qalmırlar. SİA xəbər verir ki, Rusiyanın "ВЦИОМ" aparıcı sosial sorğu mərkəzinin sosioloqları 23-24 iyul tarixlərində Rusiya Federasiyasının 46 regionunda yerləşən 130 yaşayış məntəqəsində 1600 nəfər insan arasında apardığı sorğuda gəldikləri nəticəni "İnterfax"la bölüşüblər. Belə ki, Türkiyədəki prosesləri 60% rus izləyir, lakin informasiyaları davamlı olaraq izləyənlər 16%-i təşkil edir. 44% rusiyalı zaman-zaman məlumatları əldə edirlər. Türkiyədə baş verənlərlə maraqlanmayan ruslar isə 39%-dir.

Türkiyə hökumətinin fəaliyyəti rusiyalıların 24 %-də inamsızlıq yaradır. 14 % rus təəssüf hissi bildirir, 12 %-i isə ittiham edir. Rusların 4/3-ü, yəni 32%-i üçün isə Türkiyə hökumətinin hər hansı fəaliyyəti etinasızdır.

Ruslar Türkiyədə baş verəmiş uğursuz dövlət çevrilişi cəhdinə də ilginc münasibət göstəriblər. Belə ki, 19% respondent hesab edir ki, burada əsas rolu türk hərbçiləri oynayıblar. 17 %-i isə düşünür ki, Türkiyədə hərbi çevriliş cəhdinin arxasında Qərb xüsusi xidmət və kəşfiyyat orqanları dayanmışdı. Maraqlıdır ki, 12% rus hesab edir ki, baş verənlərin arxasında ölkə prezidenti dayanır. 12%-i isə radikal islamçıları günahkar hesab edir. 36% sorğu iştirakçısı isə cavab verməkdə çətinlik çəkib.

67 faiz rusiyalı hesab edir ki, Rusiya mövcud vəziyyətdə neytrallığını qoruyub-saxlamalıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı birmənalı olaraq dstəkləməyin vacibliyini isə 14% rus hesab edir. 3% rusiyalı Türkiyənin müxalifətinə simpatiya bəsləyir. 16 % isə ümumiyyətlə cavab verməyib. .

Türkiyə ilə münasibətdə Rusiyanın bundan sonra hansı siyasət yürütməsi vacibliyinə, eləcə də Türkiyənin daxili stabilliyə nail olması yollarının axtarışına gəlincə 36 % rus cavab verə bilməyib. Bu ölkə ilə iddialar və şərtlərlə danışmamağı məsləhət görənlər 30 faizdir. Lakin Türkiyə hökumətinə təzyiqlərin davam etdirilməsinin vacibliyinin nə qədər real olması məsələsinə gəlincə bu suala 25 % rusiyalı cava verməkdə çətinlik çəkib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyaya məxsus SU-25 təyyarəsinin Türkiyə qırıcıları tərəfindən vurulması nəticəsində hər iki ölkə arasında kəskin insident yaşanmışdı və dövlətlərarası münasibətlərdə durğunluq baş vermişdi. Artıq insident həll olunub və bugünlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya rəsmi səfəri baş tutacaq. Onun Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşü baş tutacaq ki, siyasi şərhçilər və araşdırmaçılar bu görüşü regionda və dünyada yeni siyasi yerdəyişmələrlə müşahidə ediləcəyini proqnozlaşdırırlar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə