Ermənistanın müxalifətçi "İrs" partiyasının funksioneri Anait Baxşyan jurnalistlərlə söhbətində bildirib ki, artıq bir neçə gündür ki, partiyadaşlarının həbs olunmasından ciddi narahatlıq hissləri keçirir. O, baş verənlərdə Ermənistan prezidenti Serj Sarkisyanı ittiham edrərək, partiyadaşlarının dərhal azadlığa buraxılmaları üçün imzatoplama aksiyasına başladığını bildirib.
Qeyd edək ki, bir neçə gün öncə məhkəmə "İrs" partiyasının sədr müavini Armen Martirosyan, partiyanın mətbuat katibi David Sanasaryan, eləcə də "İrs"in sabiq mətbuat katibi Ovsep Xurşudyan, "Yeni Ermənistan" hərəkatının funksioneri, Ermənistan prezidentliyinə sabiq namizəd Andrias Qukasyan barədə iki aylıq həbs qətimkan tədbiri seçib. Onlar İrəvanın Sari Tax kvartalında baş vermiş qarşıdurmalarda hakimiyyətə qarşı pozuculuq mövqeyi sərgilədiklərinə görə həbs ediliblər.
Anait Baxşyan iddia edir ki, hakimiyyət seçkilər öncəsi "İrs" partiyasını təqib edir. Onun sözlərinə görə, nəticədə "Salam İrəvan" fraksiyasının da işi dalana dirənib. Belə ki, həbs olunmuş David Sanasyan və Arment Martirosyan eyni zamanda bu fraksiyanın aparıcı üzvləridirlər.
"Bu cür dəhşətli siyasi təqiblər nəticəsində "Salam İrəvan" fraksiyasının, eləcə də İrəvan şəhər məsləhətçilər şurasının işi paralizə olunub"-deyə Baxşyan jurnalistlərə bildirib.
"İrs" partiyasının funksioneri digər müxalifətçi fraksiya üzvlərinə çağırış edərək deyib ki, həbs olunanların azadlığa buraxılmaları üçün petisiya imzaları toplamaq qərarına gəlib. Artıq "Çiçəklənən Ermənistan" fraksiyasının dörd üzvü bu aksiyaya qoşulub. Müxalifətdə olan Respublika partiyasından (hakim Respublikaçılar partiyasında fərqlidir-red.) da bu təşəbbüsə qoşulacaqlarını bildiriblər. Lakin hələ heç bir addım atılmayıb. "Əgər Respublika partiyasından olanlara qarşı bu cür qanunsuz hərəkətlər olarsa, söz verirəm ki, onlarla eyni sırada dayanacağam. Onlar isə susurlar"-deyə Baxşyan bildirib.
Anait Baxşyan partiyadaşlarına qarşı irəli sürülən ittihamlardan dəhşətə gəlidiyini bildirib. O, jurnalistlərə deyib: "Başa düşmürəm, necə ola bilər ki, 2008-ci ilin 1 mart hadisələrində polisi ölümdən qurtaran Armen Martirosyan indi polislərə hücum şağırışı etməkdə ittiham olunur. Mən bütün məsuliyyətimlə bəyan edirəm, kütləvi qarşıdurmaları yaradanlar polisin özüdür".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB