Ukrayna tərəfi qondarma "Luqansk Xalq Respublikası"nın ("LXR") rəhbəri İqor Plotniskiyə qarşı törədilmiş sui-qəsdə görə cavabdehlik daşımır. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Donbasda aparılan hərbi əməliyyatlar üzrə rəsmi nümayəndəsi Aleksandr Motuzyanik keçirdiyi brifinqdə bəyanat verib.
"Yeganə olaraq onu deyə bilərəm ki, Ukrayna tərəfinin sui-qəsdə heç bir aidiyyatı yoxdur. Bu, məntiqdən uzaq fikirlərdir və belə davam edərsə, heç bir suala cavab tapıla bilinməyəcək".
Ukraynalı rəsmi baş verənləri "LXR" daxilində hakimiyyət uğrunda savaş olduğunu deyib və təklif edib ki, separatçılar Ukraynanı ittiham etməkdənsə, cinayətkarları öz daxillərində axtarmalıdırlar.
Qeyd edək ki, separatçı "LXR"in xalq milisinin qərargahından bildirilir ki, onlar baş vermiş sui-qəsddə birbaşa Ukrayna hökumətindən şübhələnirlər. Avtomobilin partladılması nəticəsində başda İqor Plotniskiy olmaqla daha iki nəfər ağır yaralanıb. Onlar hazırda xəstəxanadadırlar və cərrahiyyə əməliyyatına qaldırılıblar.
Xatırladaq ki, separatçıların liderinin də olduğu avtomobil ora yerləşdirilmiş uzaqdan idarə olunan bomba vasitəsilə havaya uçurulub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB