Almaniyalı qadın Türkiyədə saxlanılıb. Onun FETÖ lideri Fətullah Gülənlə əlaqəsinin olduğu iddia edilir. SİA xəbər verir ki, bu barədə Almaniyanın "Suddeutsche Zeitung" nəşri yazır. Qeyd olunur ki, almaniyalı qadın vətəndaşın yaşadığı evindən Fətullah Gülən təriqətinə mənsub kitablar aşkarlanaraq götürülüb.
Adı açıqlanmayan qadın barədə əlavə məlumat verilmir. Nəşr yazır ki, Almaniyanın Türkiyədəki səfirliyi artıq bir neçə gündür ki, vətəndaşı barədə informasiya almağa və onunla əlaqəyə girməyə çalışsa da buna nail ola bilmir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB