QAT sədri: “Bu məsələdə ABŞ və Rusiyanın mövqeyi üst-üstə düşür” AÇIQLAMA

QAT sədri: “Bu məsələdə ABŞ və Rusiyanın mövqeyi üst-üstə düşür” AÇIQLAMA

"Ümumiyyətlə ABŞ istəsə Ermənistanın və Rusiyanın mövqeyinə təsir edə bilər. Amma o həvəs və istək hiss olunmur. Avqust ayında Türkiyə və Rusiya prezidentlərinin görüşü gözlənilir. Bununla belə bir neçə gündən sonra Azərbaycan-İran-Rusiya prezidentlərinin görüşü olacaq. Təbii ki, bu görüşlərin hamısında da Qarabağ məsələsi müzakirə olunacaq". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Sədrin sözlərinə görə, dünyada gedən proseslər ABŞ-Rusiya münasibətlərinə də təsir edib: "O münasibətlərdə də hansısa məsələ ilə bağlı razılaşma hiss olunmur. Yəni görünən odur ki, bu gün dünyanı daha çox narahat edən üç məsələnin ətrafında ABŞ və Rusiya müzakirələr aparır. Bu, Suriya, Ukrayna və Dağlıq Qarabağ məsələsidir. Sözügedən üç məsələ eyni müstəvidə müzakirə olunur. Hansı məsələdə Rusiyanın və Amerikanın güzəştə getməsi bilinmir. Belə görünür ki, ABŞ Dağlıq Qarabağ məsələsində üstünlüyü Rusiyaya verib. Ona görə də inanmıram ki, Amerikanın təşəbbüsü ilə ortaya qoyulan hansısa bir təşəbbüs, məsələ ciddi nəticə versin.

Hesab edirəm ki, ABŞ-ın da bu təşəbbüsü vaxtın uzadılmasına xidmət edir. ABŞ və Rusiya Dağlıq Qarabağ məsələsinin həllinə yox, onun dondurulmuş vəziyyətdə saxlanılmasına çalışırlar. Bu məsələdə onların mövqeyi üst-üstə düşür".

Bütün xəbərlər Facebook səhifəmizdə