Elçin Mirzəbəyli: "Təhlükəsizliyə kifayət qədər ciddi təhdidlər var" PROQNOZ

“Keçiriləcək görüş regionda yeni münasibətlər sisteminin formalaşmasına imkan yaradacaq”
Elçin Mirzəbəyli: "Təhlükəsizliyə kifayət qədər ciddi təhdidlər var" PROQNOZ

"Prezidentlərin üçtərəfli görüşü kifayət qədər mühüm bir məqamda keçirilir". Bu fikirləri SİA-ya politoloq Elçin Mirzəbəyli avqustun 8-də Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçirəcəkləri görüşlə bağlı proqnozlarını bölüşərkən deyib.

"Regionda baş verən proseslər kifayət qədər intensivdir və dünyanın diqqət mərkəzindədir", - deyə bildirən politoloq vurğulayıb ki, məhz bu amili nəzərə almaq lazımdır ki, regionun üç əhəmiyyətli dövlətin başçıları bir araya gəlirlər: "Dövlət başçıları yaxın perspektiv üçün yeni əməkdaşlıq barədə müzakirələr aparacaqlar. Bu müzakirələrdə regiondaki durum, iqtisadi əməkdaşlıq və nəqliyyat dəhlizləri ilə bağlı müzakirələr ön planda olacaq. Bununla bağlı rəsmi açıqlamalar da verilib. Eyni zamanda, Azərbaycanda prioritet təşkil edən məsələlər xüsusilə Dağlıq Qarabağ məsələsi gündəmdə olacaq və bu ətrafda müzakirələrin aparılacağı şübəsizdir".

E.Mirzəbəylinin sözlərinə görə, Bakıda keçiriləcək üçtərəfli görüşlər və daha sonra isə Sankt-Peterburuqda Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüş regionda yeni münasibətlər sisteminin formalaşmasına, yeni əməkdaşlıqın yaranmasına imkan yaradacaq: "Beləliklə, Ermənistan istisina olmaqla digər dövlətlər də anlayır və başa düşürlər ki, regionun təhlükəsizliyini, sabitliyini təmin etmək lazımdır. İndiki şəraitdə təhlükəsizliyə kifayət qədər ciddi təhdidlər var. Bunun da yolu yaxın əməkdaşlıqda və qarşılıqlı münasibətlərin inkişafından geçir".

Politoloq Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli görüşündə Dağlıq Qarabağ məsələsinə toxunulacağını istisna etməyib və bildirib ki, münaqişənin sülh yolu ilə həlli məsələsi Azərbaycan üçün əsas məsələdir: "Bildiyiniz kimi, Prezident İlham Əliyev bütün mümkün imkanlardan istifadə edərək Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını hər zaman gündəmə gətirib. Bu amil təkcə ikitərəfli görüşlərdə deyil, hətta iqtisadi formatlarda keçirilən beynəlxalq tədbirlərdə belə Prezident İlham Əliyev tərəfindən gündəmə gətirilir. Şübəsiz ki, Vladimir Putinlə aparılacaq müzakirələrdə də prioritet məsələlərdən biri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi mövzusu olacaqdır".

"Azərbaycan üçün əsas məsələ münaqişənin sülh yolu ilə həllidir"

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə