İrəvanda etiraz aksiyaları zamanı baş vermiş və Sarkisyan rejiminin qəddarlığı ilə müşahidə olunmuş hadisələr ətrafında yeni faktlar ortaya çıxmaqdadıdr. SİA-nın məlumatına görə, "Joxovurd" qəzeti yazır ki, iyulun 29-dan 30-na keçən gecə Sari Taxe küçəsində təşkil olunmuş qarşıdurmalarda dövlətin dəstəyi ilə hərəkətə keçən kriminal elementlər polislə birgə jurnalistləri döyüblər. Onların arasında Ermənistan polisinin rəis müavini, eləcə də polis qüvvələrinin komandanı Lyova Yeranosyanın qardaşı – polis qüvvələrinə məxsus operativ qərargahın rəis müavini Lernik Yeranosyan da olub.
"Joxovurd" qəzetinin etdiyi müraciətinə cavab olaraq İrəvan polisinin mətbuat xidmətindən bildirilib ki, mətbu orqanının təqdim etdiyi fotoda əlində qumbara olan şəxs məhz polis rəisi müavininin qardaşı Lernik Yeranosyandır.
Qəzet yazır ki, erməni polisi ailə podratına çevrilib və pz gücünü sadə xalqa qarşı səfərbər edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB