"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun qardaşı, qəzetin baş redaktorun birinci müavini Azər Ayxan da "Müsavat" Partiyasından istefa verdiyini bəyan edib. SİA-nın məlumatına görə, o bu barədə "facebook" sosial şəbəkəsində məlumat paylaşıb.
A.Ayxan istefasını "Müsavat" başqanı Arif Hacılının son müsahibəsində R.Arifoğluna qarşı tutduğu mövqe ilə əlaqələndirib.
A.Ayxan bu barədə deyib ki, "Müsavat" partiyasının rəhbəri Arif Hacılı son müsahibəsində "Yeni Müsavat" qəzeti və Rauf Arifoğlu barədə dediyi təhqiramiz sözlərə, heç bir fakta əsaslanmayan ifadələrə, iftira və böhtanlara görə 1992-ci ilin sentyabr ayından bu günə kimi üzvü olduğum "Müsavat" partiyasındakı fəaliyyətini dayandırır.
Qeyd edək ki, Azər Ayxana qədər qəzetin baş direktoru Ələsgər Süleymanov, yazar Elşad Paşasoy, qəzetin əməkdaşı Etibar Seyidağa partiyadan istefa verdiklərini bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB