Sədr: “Müxalifət mətbuatının hay-küy qaldırması boş məsələlərdir” AÇIQLAMA

Sədr: “Müxalifət mətbuatının hay-küy qaldırması boş məsələlərdir” AÇIQLAMA

"Bu gün Azərbaycanın parlaq inkişafına narahat olan qüvvələr var. Bu qüvvələr də istər xaricdə, istərsə də daxildədir". Bunu SİA-ya Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov müxalifətin referendum ərəfəsində planlaşdırdığı aksiyaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, xaricdə olan qüvvələr öz məkrli niyyətlərini daxildə olan müxalifət qüvvələri vasitəsi ilə həyata keçirmək istəyir: "Amma hər zaman olduğu kimi, onların bu planları baş tutan deyil. Çünki xalq tərəfindən bu qüvvələrin heç bir siyasi dəstəyi yoxdur. Referendum prosesinin ciddi xarakter aldığı bir məqamda müxalifət partiya yetkililərinin və onların təsiri altında olan mətbuatın hay-küy qaldırması boş-boş məsələlərdir".

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılacaq və kütləvi informasiya vasitələrində dərc ediləcək (layihə əlavə olunur). Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə