Azər Həsrət: “Aksiyalara çağırılanların imkanları artıq tükənib” AÇIQLAMA
"Ümumiyyətlə Azərbaycanda Referendumun keçirilməsi tam Konstitusiya və qanunlar çərçivəsindədir. Burada qanunsuz heç bir hərəkətə, əmələ yol verilmir. Təbii ki, Azərbaycan xalqı da bu referenduma öz münasibətini məhz həmin gün yəni konkret olaraq sentyabrın 26-da səsvermə günü bildirəcək. Beləcə, nəticələr də ona uyğun olaraq elan ediləcək". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət deyib.
Kimlərinsə buna müxtəlif aksiyalar keçirməklə etiraz etməsinə gəlincə sədr bildirib ki, bu da təbii bir şeydir: "Çünki Azərbaycan demokratik ölkədir. Burada fərqli düşünənlər, mövqeyi olanlar fikirlərini açıq şəkildə ifadə edə bilərlər. Bu baxımdan o qüvvələrin belə bəyanat verməsi əslində elə Azərbaycanın demokratik imicinin bir daha təsdiqlənməsi deməkdir. Ümumiyyətlə mən kütləvi aksiyaların keçirilməsinə o qədər də inanmıram. Çünki heç şübhə etmirəm ki, kütləvi aksiyalara çağırılanların imkanları artıq tükənib. Onlar böyük bir sayda insanları meydana toplayıb səfərbər edə bilməyəcəklər. Bu baxımdan narahatçılığa gərək yoxdur.
Ümumilikdə cənab Prezidentin bu təşəbbüsü ciddi milli dəstək görəcək. Yəni, ölkə əhalisinin böyük əksəriyyəti böyük ehtimalla və böyük faizlə onun bu təşəbbüsünü dəstəkləyəcək. Ona görə də etirazçıların etiraz bəyanatlarına o qədər də əhəmiyyət verməyə gərək yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB