"Xədicə İsmayılla Müsavat partiyası arasında yaranan konfilikt yeni deyil. Uzun illərdi Xədicə Müsavat partiyasına qarşı çalışır, hətta mən deyərdim ki, nifrət edir. Bunun kökü AXCP-də olan "Yurda" gedib çıxır". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
BAXCP rəsmisinin sözlərinə görə, "Yurd" Əli Kərimlinin rəhbərlik etdiyi bir təşkilatdır və Xədicə İsmayıl da çoxdandır həmin təşkilatın üzvülərindən biridir: "Əli Kərimli də həmişə Müsavat partiyası ilə amansız mübarizə aparıb. Həmişə Xədicə İsmayıl Əli Kərimlinin tapşırığı ilə Müsavat partiyasının, ümümiyyətlə Əli Kərimlinin əleyhinə olan şəxslərə qarşı mübarizə aparıb. Xədicə İsmayıl Əli Kərimlinin tapşırığı ilə Əbülfəz Elçibəyin əleyhinə də kifayət qədər yazılar yazıb. Xədicə İsmayıl artıq özünü türmədən çıxandan sonra "avtortet" sayır. Siz onun davranışına, yazıdqlarına fikir versəsiniz görərsiniz. Sanki bu radikal müxalifətin "lideridir", "axsaqqalıdır". Əslində isə Xədicə ismayıl bütün ömrünü Əli Kərimlinin tapşırıqlarını yerinə yetirməklə məşğil olub. Onu bunu söyməklə məşğul olublar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB