Millət vəkili: "Mətbuatımız azad ideyaların paylaşıldığı məkandır" AÇIQLAMA
"Azərbaycan milli mətbuatı özünün 141 illiyini qeyd edir. 141 il kifayət qədər böyük müddətdir. Bu illərdə Azərbaycan mətbuatı çox böyük tarixi yol keçib". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan mətbuatı heç vaxt indiki mərhələdə olduğu kimi dövlətin diqqət və qayğısı ilə əhatə olunmayıb: "Bu gün mətbuatımızda söz, fikir, düşüncə azadlığı təmin olunub. Azərbaycan mətbuatı milli, azad ideyaların, millətimizin maraqlarına cavab verən fikirlərin paylaşıldığı məkandır. Bayram münasibəti ilə bütün həmkarlarımı təbrik edirəm. Xüsusi olaraq, Azərbaycan Prezidentinə milli mətbuatımızın yaranma günündə onun maddi rifah halının möhkəmləndirilməsi üçün ayırdığı ciddi məbləğdə maliyyə vəsaitinə görə bütün həmkarlarım adından təşəkkür edirəm. Düşünürəm ki, bu, Azərbaycan dövlətinin, cənab Prezidentin mediaya qayğısının növbəti təzahürü, ənənəvi davamıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB