Həsən Qarayev: “Türkiyə demokratik inkişaf yolunu davam etdirəcək”

Həsən Qarayev: “Türkiyə demokratik inkişaf yolunu davam etdirəcək”

"Türkiyədə 1961, 1970 və 1980-cı illərdə istəklərin reallaşması ilə nəticələnən hərbi çevrilişlər olub. 2016-cı ilin iyilun 15-16-da 3 min hərbiçinin dövlət cevrilişi etmək cəhdi isə uğursuzluğa düçür oldu. Türkiyə tarixində ilk dəfə hərbi çevrilişin qarşısı alındı". Bunu SİA-ya açıqlamasında Qloballaşma və Milli Həmrəylik İçtimai Birliyinin sədri Həsən Qarayev deyib.

Təşkilat sədri təssüf hissi ilə bildirib ki, qiyamın yatırılması zamanı qan tökülüb, qardaş qardaşı öldürüb, coxsaylı insan yaralanıb sağlamlığını itirib, minlərlə insan həbs olunub: "Hərbi qiyamın baş verməsi ilə dövlətin imicinə ciddi zərbə dəydi. Bu da Türkiyə tarixində qara ləkə kimi qalacaq".

H.Qarayev xalqın qanunu hakimiyyəti dəstəkləməsi ilə bu ölkədə hərbi çevriliş yolu ilə hakimiyyətə gəlməyin mümkünsüz olduğunu da bildirib: "Türkiyə cəmiyyətinin bütün təbəqələrindən olan insanlar türk bayraqlarına bürünərək meydanlara axışaraq ölkə prezidenti Rəcəb Təyyib Ərdoğanı dəstəklədiklərini bəyan etdilər, hökümətin yanınıda olduğunu bildirdilər. İnsanları meydanlara toplayan həm də dövlətin istiqlalı və təhlükəsizliyi idi. Hələdə insanlar meydandadırlar. Onlar PKK-ya və terroruçuluğa qarşı qanlı mübarizənin getdiyi bir məqamda orduda bir qrup zabitin çevriliş planlaşdırmasını Vətənə xəyanət, dövlətə qəsd hesab edir və günahkarların cidd cəzalanmasını tələb edirlər. Artıq etiraz qaksiyalarında ölüm hökmünün bərpa edilməsi tələbləri səslənir. Yəqin ki, məsələyə Türkiyə Böyük Millət Məslisində baxılacaq. Əgər qanun qəbul edilsə Prezidentin onu dəstəkləyəcəyi şübhəsizdor. Çünki, artıq R.T.Ərdoğan bu barədə öz müsbət fikirini bildirib".

Həsən Qarayev məlum hadisələrlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tutduğu prinsipial, qətiyyət mövqeyinin iki dost qardaş dövlətin bir-birinə olan təbii dəstəyinə uyğun olduğunu bildirib: "Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayaraq öz dəstəyini ifadə edib. Prezident İlham Əliyev məktubunda qeyd edib ki, "həmişə Türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı və dövləti Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir". Prezident İlham Əliyevin Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında "Qızıl Şərq" hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə Fərman imzalaması bu məqamda Türkiyə dövlətinə, Türkiyə Silahlı Qüvvələrinə Azərbaycanın dəstəyi, "Bir millət İki dövlət" prinsipinin dönməz və sarsılmaz olduğunun göstəricisidir. Əminliklə demək olar ki, pozucu cəhdlərə baxamayaraq Türkiyə demokrati inkişaf yolunu bundan sonra daha uğurla və səylə davam etdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə