"Referendum ideyasının irəli sürülməsi ilk öncə Azərbaycanın inkişafının daha da sürətlənməsinə hesablanmış mütərəqqi addımdır". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Prezident İlham Əliyevin Konstitusiya Aktı layihəsi barədə imzaladığı sərəncama münasibət bildirərkən deyib.
"Yeni və daha sürətli inkiaflı mərhələnin reallaşdırılması üçün Konstitusiyadakı qanunlara müəyyən əlavə və dəyişikliklərin edilməsi zərurəti də bu ideyadan yaranıb", - deyə qeyd edən YAP rəsmisi həmçinin xatırladıb ki, hələ bir neçə il öncə - 2009-cu ilin martında ehtiyac yarandığı üçün Konstitusiyaya əlavə və dəyişikliklər edilib: "Xatırladım ki, hələ o zaman ali qanunvericiliyimizə 29 yeni maddə daxil edilmişdi. Hazırda isə təklif edilən əlavə və dəyişikliklər inkişaf dövrünün bir daha bir başlanğıcıdır".
M.Abasquliyeva bildirib ki, iqtidarla xalq arasında olan vəhdət də belə düşünməyə zəmin yaradır ki, xalqımız bu ideyanı tam olaraq dəstəkləyir: "Məhz Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan bu gün güclü siyasət yürüdən, güclü iqtisadiyyata malik dövlətə çevrilib. Bu siyasət cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan xalqı müdrik, dəyərli, qiymət verə bilən xalqdır və təklif olunmuş əlavə və dəyişikliklərə düzgün qiymət verə biləcək və ali qanunda əksini tapması üçün Konstitusiya referendumunu dəstəkləyəcək".
YAP Sabunçu rayon təşkilatının sədri həmçinin bildirib ki, bu gün ölkədəki uğurları və əlkdə edilən nailiyyətləri gözü götürməyən, özlərini müxalifətçi hesab edən radikallar regerendum ideyasına qarşı çıxmağa cəhd edirlər və əsassız şəkildə ittihamlar irəli sürürlər, bu əlavə və dəyişikliklərin Konstitusiyada əksini tapmasının əleyinə çıxış edirlər: "Baxın, müstəqillik tarixi uzun illərə söykənən ən aparıcı dövlətlərdə belə konstitusiyalar dəfələrlə dəyişdirilib, əlavələr olunub və s. Bunu anlamayan radikallar hər dəfə önəmli proseslər ərəfəsində özlərini ortaya atıb düşüncəsizliklərini sərgiləyirlər. Ancaq onları ciddi alan yoxdur. Azərbaycan öz mütərəqqi yolunu tutub və ölkəmizi, xalqımızı bu yoldan heç bir fərqli qüvvə döndərə bilməz. Biz bir ali məqsədə doğru – inkişafa, tərəqqiə tərəf inamla addımlayırıq, bu yolumuz isə növbəti referendumdan keçir".
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB