"Türkiyədə baş verən məlum hadisələri türk əsgərinin Rəcəb Tayyib Ərdoğanı devirmək cəhdi kimi qələmə vermək düz olmazdı. Çünki qiyam vaxtı hərbçilərin çoxu ya aktiv iştirakdan imtina etmiş, ya da gözləmə mövqeyində olublar. Hətta hərbçilərin böyük bir hissəsi Ərdoğanın yanında olaraq qiyamın yatırılmasında iştirak ediblər". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, qardaş ölkədə baş verənlərin arxasında bir qrup hərbçinin hakimiyyəti dəyişmək cəhdi dayanmışdı: "Lakin bu cəhd alınmadı. Çünki, ordu və xalq qiyamçılara qoşulmadı. Türkiyə tarixində nəzər salsaq görərik ki, bu qiyam fərqli idi. Çevrilişin baş tutmayacağı əvvəldən bəlli idi. Birincisi, çevriliş çox zəif hazırlanmışdı və onu edənlər nə etdiklərini belə bilmirdilər. Onların nə proqramı, nə də strategiyası yox idi. Onların gücü yalnız 2-3 strateji dövlət binasını və TRT-ni mühasirəyə almağa çatdı. Çünki, çevriliş cəhdini nə hərbçilər, nə də siyasi partiyalar tərəfindən dəstəklənmədi. Hətta Rəcəb Tayyib Ərdoğana əks olan siyasi partiyalar belə hakimiyyəti dəstəklədilər. Belə olan halda, çevriliş cəhdi heç zaman mümkün olmayacaqdı".
Politoloq əlavə edib ki, Türkiyədə müvəqqəti sabitlik yaransa da, növbəti belə cəhdlərin olması istisna deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB