Yaponiya taxt-tacının sahibi, imperator Akihito yaxın bir neçə ildə monarx kürsüsündən gedəcəyi barədə planlarının olduğunu deyib. O, öz yerini şahzadə Naruhitoya verəcəyini bildirib. SİA xəbərt verir ki, bu barədə Yaponiyanın NHK telekanalı bəyan edib. Qeyd olunur ki, imperatorun qərarı barədə ailə üzvləri də xəbərdardır.
Monarx ailəsinə yaxın mənbələr belə qənaətə gəliblər ki, 82 yaşlı imperatorun taxt-tacından imtina etməsi qərarı onun yaxın gələcəkdə üzərinə düşən işin öhdəsindən gələ bilməməsi ilə əlqədardır. Belə ki, o, hər işi öz vaxtında görməyi sevən birisidir. Artıq imperator sarayının idarəsi məlum qərar barədə Yaponiya xalqını məlumatlandırmaq üçün münasibət vaxt arayışına çıxıb.
Xatırladaq ki, İmperator Akihito imperator Hirohito ilə kraliça Kodzyudan olan 5 övladan ən böyüyüdür. O, 1933-cü ilin 23 dekabrında anadan olub. Akihito b.e.əvvəl 660-cı ildən əsası qoyulan imperator şəcərəsində rəsmi olaraq 125-ci imperatordur. İlk imperator isə Dzimmu olub.
Hazırkı vaxtda akihito dünyada tək idarəedici imperator hesab edilməkdədir. O, 1959-cu ildə imperator seçilməmişdən öncə nəhəng un dəyirmanları şirkətinin prezidenti Mitiko Seda ilə ailə həyatı qurub. Bu hadisə monarx ailəsi üçün presedent olub. Belə ki, həmin ana qədər Yaponiyanın imperator ailəsi yalnız zadəgan nəsillərin nümayəndələri ilə evlənirmişlər.
İmperator Akihito biologiya, psixologiya və ixtiologiya ilə məşğuldur və digər dəniz heyvanat aləmi ilə bağlı elmi kitablar müəllifidir. 1986-cı ildə isə o London Lineyev cəmiyyətinin təbii elmlər üzrə beynəlxalq qrupuna fəxcri üzv kimi seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB