XİN rəhbəri: “Danışıqlar eyni mövzu ətrafında fırlanır”

XİN rəhbəri: “Danışıqlar eyni mövzu ətrafında fırlanır”

"Rusiya Prezidenti Vladimir Putunun təşəbbüsü ilə keçirilmiş Sankt-Peterburq görüşü və onun həm Fransa, həm ABŞ prezidentləri ilə telefon danışıqlarından sonra, eləcə də Sergey Lavrovun Yerevana və Bakıya səfərlərinin nəticələrini nəzərə alaraq, prezidentlər səviyyəsində görüş də daxil olmaqla növbəti addımlar müəyyənləşdiriləcək". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Elmar Məmmədyarov jurnalistlərin sualını cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, prezidentlərin növbəti görüşünün Fransa və ya digər Minsk Qrupu həmsədr ölkələrinin birində keçiriləcəyinin əhəmiyyəti yoxdur: "Bizim üçün əsas məsələ danışıqların substantiv və nəticəli olmasıdır, danışıqların əbədi aparılacağına dair münaqişə tərəflərində illüziyanın yaranmamasıdır.

Mən onu əlavə edə bilərəm ki, əgər jurnalistlər müvafiq analiz aparsalar, müzakirə mövzusunun nə olduğunu görərlər. Danışıqlar eyni mövzu ətrafında fırlanır. Çıxışların, sözlərin analizindən başa düşmək olar ki biz nəyi müzakirə edirik. İrəliləyiş əldə etmək üçün danışıqların indiki kimi intensivliyi əvvəllər olmayıb. Danışıqlar mövzu ətrafında intensiv və substantiv aparılır. Belə intensiv və ardıcıl müzakirələr fonunda danışıqlar masasında həll olunmamış məsələlərə gələcəkdə optimizmlə baxmaq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə