"Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması həm Azərbaycanı sevməyən, həm də qardaş ölkənin maraqlarına düşmən kəsilən qüvvələri narahat edir. Belə qüvvələrdən biri də Ermənistandır". Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, Ermənistan başa düşür ki, Türkiyə ilə Rusiya arasındakı problemlər aradan qalxarsa, burada ən çox qazanan tərəf məhz Türkiyə olacaq: "Ermənistan Güney Qafqazda Rusiyanın könüllü vassalı olduğundan Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaxşı olmasını həzm edə bilmir. İki ölkə arasında münasibətlərin bir müddətdən sonra yenidən yaxşılaşması, türk düşməni olan ermənilərə heç də sərf etmir. Bu baxımdan Ermənistan Rusiya-Türkiyə arasında olan isti münasibətləri gözdən salmağa çalışır. Lakin Ermənistan hər zamanki kimi bu dəfə də unudur ki, onun cırtdan və əhəmiyyətsiz dövlət olması iddialarının boyunu aşmasına imkan verməyəcək".
A.Həsrətin fikrincə, Ermənistan sözgedən ölkələr arasında münasibətlərin yaxşılaşması nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllindən də narahatdır: "Amma təbii ki bu, əsas məsələ deyil.Çünki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi olmasaydı da bu münasibətlərinin yaxşı olmasını istəməz. Çünki Rusiya və Türkiyə yaxınlaşdıqca, Ermənistan ayaq altında qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB