Bu gün İçərişəhər Cümə məscidində məscidin axundu Hacı Surxay Məmmədlinin imam-camaatlığı ilə cümə namazı qılınıb. SİA xəbər verir ki, namazdan qabaq xütbə ilə çıxış edən Hacı Surxay Məmmədli İstanbulun Atatürk hava limanında baş verən və çoxsaylı insanın tələfatıyla nəticələnən qanlı terror hadisəsi ilə bağlı camaat namazı iştirakçıları adından ölənlərin ailə və yaxınlarına başsağlığı verib.
Qeyd olunub ki, terror və terrorçuluq faktoru son zamanlar dünyanın bir nömrəli probleminə çevrilməkdədir. Təəssüf ki, baş verən qanlı hadisələrin arxasından sülh və əminamanlıq dini kimi qiymətləndirilən İslamın adından istifadə edən ləyaqətsiz üsnürlər çıxırlar: "İslam dini adı altında fəaliyyət göstərən bir çox terror qruplaşmaları bu vasitə ilə dinimiz üzərinə qara ləkələr atmağa cəhd edir, İslamı ölüm, dağıcıdı din kimi tanıtdırmağa səy göstərirlər. Halbuki, dinimizdə də, müqəddəs kitabımızda da belə hallar qətiyyətlə pislənir. Günahsız insanı öldürənlərə cəhənnəm əzabı vəd olunur.
Hətta Quranda başqa dinlərdən olan insanların amanda saxlanılması üçün bir çox ayələr nazil olub. Lakin baxın, beynəlxalq terorrçu dəstələrin əməllərinə, onlar qoca, uşaq, xəstə, hamilə qadınlara məhəl qoymadan hər kəsi öldürür, məhv edirlər. Buna heç cür İslam adını qoymaq olmaz, qətiyyən olmaz!".
Cümə məscidinin axundu xüsusilə xatırladıb ki, Azərbaycan xalqı dəfələrlə erməni terrorunun qurbanı oldub və bu acını hələ də çəkənlər var: "Ona görə də bir daha əminliklə deyə bilərik ki, terrorçuların nə dini, nə də milləti olmur. Onların bir adı var – insan qatilləri".
Xütbədən sonra camaat namazı qılınıb və dünyada baş verən terror hadisələri zamanı öldürülən, həyatları itirlən insanlar üçün dualar oxunub, bu kimi qanlı əməlləri törədənlərə lənətlər edilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB