Prezident general-qubernatoru təbrik edib

Prezident general-qubernatoru təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın general-qubernatoru Devid Constonu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. SİA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir: "Hörmətli cənab general-qubernator, ölkənizin milli bayramı - Kanada günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə