ABŞ: “Xəbərdarlığımız təsüdüfdür…”

ABŞ: “Xəbərdarlığımız təsüdüfdür…”

Türkiyədə son iki gündə daha çox danışılan mövzulardan biri də ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Mark Tonerin İstambulun Atarütk Hava Limanında baş verən və 42 nəfərin ölümünə səbəb olan terror hücumundan az müddət əvvəl Türkiyəyə turist səyahəti edən insanlara xəbərdarlıq etməsidir. SİA xəbər verir ki, bu barədə yazan "Hurriyyet" qəzeti qeyd edir ki, Tonerin terror hadisəsindən az əvvəl etdiyi xəbərdarlığı onun tərəfindən "təsadüf" kimi bildirilsə də, buna inanmayanlar da var.

Qəzet yazır ki, Amerikanın XİN rəsmisi hadisədən sonra mətbuat konfransı keçirib və İstambulda yaşanan qanlı olayla bağlı həyatlarını itirənlərin ailələrinə və yaxınlarına baş sağlığı verib. "Hücumdan bir gün öncə, bazar ertəsi günü "təsadüfən" Türkiyəyə aid bir səyahət xəbərdarlığı etdiklərini qeyd edən XİN-nin mətbuat katibi Toner bunun 29 martda edilən daha əvvəlki xəbərdarlığın yerini aldığını deyib", - deyə "Hurriyyet" yazır.

Mark Toner isə keçirdiyi mətbuat konfransında bildirib ki, edilən xəbərdarlıqda terror qruplarının ABŞ vətəndaşlarına yönəlik artan təhdidlərə işarə edilib və yalnız Türkiyə deyil, Avropa məkanındakı hava limanları və terminalların da hədəfə alınması xəbərdarlığı edilib: "Bilirsiniz ki, son vaxtlar Türkiyədə bir çox terror hücumları baş verib. Amma buna rəğmən, biz "Türkiyəyə səyahət etməyin" demirik. Belə bir vəziyyətdə istər Parisdəki, istər Brüsseldəki terror hücumlarından sonra ABŞ vətənaşlarına vaxtaşırı bilgilərin verilməsi, təmkinli olmaları və olduqları yerdə vəziyyətin, mümkün təhdidin fərqində olmaları vicibliyini xatırladırıq".

Toner "Hava limanında terror olacağı ilə bağlı onlarda kəşfiyyat məlumatları var idimi" sualına cavab olaraq deyib ki, onlarda belə bir kəfşiyyat məlumatı olmayıb.

Mətbuat katibi həmçinin bildirib ki, əgər xəbərdar olsaydılar bunu dərhal Türkiyənin müvafiq qurumlarına çatdırardılar. Qeyd edib ki, NATO-dakı müttəfiq olmlarına rəğmən Türkiyə ilə hər zaman kəşfiyyat mübadilələri edirlər.

Mark Toner bu cür süni iddiaların irəli sürlüməsinin doğru olmadığını da vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə